...

Azərbaycanın sığorta şirkəti ilin yekununa əsasən haqların həcminin 9% azalmasını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2009 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir U. İsmayılova/

Azərbaycanın ən iri sığorata şirklətlərindən biri olan - A-Qroup cari ilin yekunlarına əsasən yığım həcminin 9% azalmasını gözləyir, cümə günü şirkətin idarə heyətinin sədri Anar Bayramov deyib.

"İlin yekununa əsasən, biz haqları keçən ilin 7,8 milyon manatına nisbətdə 7,1 milyon manata kimi çatdırmağı planlaşdırırıq", - Bayramov deyib.

İlin yekununa əsasən, əldə olunan gəlirlərin kapitallaşmaya istiqamətləndirilməsi planlaşdırılır. A-Qroup-un rəhbəri gəlirin gözlənilən həcmi barədə indidən fikir deməyin tez olduğunu hesab edir.

A-Qroup sığorta şirkəti 3 növ icbari və 14 növ könüllü sığorta üzrə xidmətlər göstərir. Sığorta şirkətinin nizamnamə kapitalı 1,55 milyon manat təşkil edir. Yanvar-oktyabr aylarında şirkət 5,83 molyon manat məbləğində pul toplayıb ki, bu da sığorta yığımlarının ümumi həcminin 4,2%-ni təşkil edir. Ödənişlər üzrə şirkətin xüsusi çəkisi 8,9% təşkil edir. 10 ay ərzində A-Qroup sığorta halları üzrə 3,76 milyon manat ödəyib.

Dekabrın 25-nə rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti