...

2010-cu ildə Azərbaycanın sığorta bazarı ötənilki səviyyəsinə qayıda bilər – bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2009 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir Ü.İsmayılova/

İlin yekununa əsasən Azərbaycanın sığorta bazarının azalma həcmini keçən ilə nisbətdə 16-17% gözləmək olar. Bunu cümə günü A-Group sığorta şirkətinin İdarə Heyətinin sədri Anar Bayramov deyib.

"Güman edirəm ki, 2010-cu ilin yekununa əsasən sığorta bazarının həcmi 2008-ci ildəki səviyyədə olacaq", - şirkətin rəhbəri hesab edir.

Onun fikrincə, artıq indidən bazarda canlanma müşahidə olunur və böhran gələcəkdə bazarın inkişafına təsir etməlidir.

Bayramovun sözlərinə görə, sığorta bazarının həcminin azalması sığorta şirkətləri tərəfindən yeni məhsulların daha fəal inkişafına təkan verir.

"Şirkətlər artıq əmlak, səhhət, bonus proqramları sığortası sahəsində bazara yeni növ sığorta xidmətləri təqdim etməyə başlayıblar ki, bu da bazarın gələcəkdə inkişafına təsir edəcək", - Bayramov belə hesab edir.

Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Yanvar-oktyabr aylarının yekununa əsasən, bütün sığortaçıların haqları 42,09 milyon manatlıq ödənişlə 138,41 milyon manat təşkil edib.

Keçən ilin yekunklarına əsasən, şirkətlər 179,26 miyon manat gəlir toplamış, sığorta halları üzrə 49,81 miyon manat ödəmişdilər.

Dekabrın 25-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti