...

Bakıda iki ay ərzində tikinti materialları təxminən 4 faiz ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2009 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Bakının tikinti materialları bazarında qiymətlər oktyabrda 1,6%, noyabrda isə 2,2% düşüb. Bu barədə cümə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

Oktyabrda yerli istehsal mallarının payı 52,7% təşkil edib, noyabrda isə 53,9%-ə qədər artıb.

monitorinqin yekununa əsasən, 38 adda 91 çeşiddə olan inşaat materiallarının 23-nün qiymətində azalma, 7-də artım müşahidə olunub, qalan 61-nin qiyməti isə stabil qalıb.

Noyabrda 38 adda, 89 çeşiddə inşaat materialları üzrə monitirinq keçirilib ki, bunlardan 32 növündə qiymətlər düşüb, 6-da artıb, yerdə qalan 51 növündə isə qiymətlər stabil qalıb.

Cədvəl oktyabr-noyabr aylarındakı qiymət dəyişikliyini göstərir:

İnşaat materialı

oktyabr manatla

-/+ faizlə

noyabr manatla

Daş

0,50

-10

0,45

Ağac

215

-2,33

210

Sink qatları

5

-6

4,70

Dam örtükləri

5,70

-3,51

5,50

Xəbər lenti

Xəbər lenti