...

Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı genişləndirə bilərlər – XİN rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2009 18:55 (UTC +04:00)
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı genişləndirə bilərlər. Tərəflər artıq "Bakı-Tbilisi-Ceyhan" neft kəməri, "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri (Cənubi Qafqaz qaz kəməri) kimi layihələri reallaşdırıb və Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol nəqliyyatının açılışı layihəsini reallaşdırırlar.
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı genişləndirə bilərlər – XİN rəhbəri

Azərbaycan, Bakı, 25 dekabr / Trend /

AzərbaycanTürkiyə iqtisadi əməkdaşlığı genişləndirə bilərlər. Tərəflər artıq "Bakı-Tbilisi-Ceyhan" neft kəməri, "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri (Cənubi Qafqaz qaz kəməri) kimi layihələri reallaşdırıb və Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol nəqliyyatının açılışı layihəsini reallaşdırırlar. Bu barədə cümə günü Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov TRT-2 telekanalında canlı efirdə deyib.

Lakin, o qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi inkişafına mənfi təsir göstərir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Türkiyənin paytaxtı Ankaraya səfər edib.

Cümə günü Məmmədyarov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə danışıqlar aparıb.

Xəbər lenti

Xəbər lenti