...

İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun 2010-cu il büdcəsini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2009 12:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2010-cu il büdcəsinin icrası ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun 2010-cu il büdcəsini təsdiq edib

Azərbaycan, Bakı, 26 dekabr / Trend , N.İsmayılova/

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2010-cu il büdcəsinin icrası ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin 25 dekabr tarixli fərmanı ilə illik gəlir və xərclər proqramının tərtibi və icrası qaydalarına uyğun olaraq ARDNF-nin 2010-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası təsdiq edilib.

ARDNF-nin 2010-cu il büdcəsinin gəlirləri 5,96 milyard manat, xərcləri isə 5,43 milyard manat məbləğində təsdiq edilib.

Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin gəlirləri bu daxilolmalar hesabına formalaşır: Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) - 5,56 milyard manat; neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) - 155,8 milyon manat; Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər - 241,94 milyon manat; digər gəlirlər və daxilolmalar - 0,9 milyon manat.

ARDNF-nin 2010-cu il büdcəsinin xərcləri bu məqsədlərə yönəldilir: qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 80 milyon manat; Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinə transfert - 4,915 milyard manat; Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi - 200 milyon manat; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi - 110 milyon manat; Bakı-Tbilisi-Qars yeni dəmiryol layihəsinin maliyyələşdirilməsi - 80 milyon manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi - 10 milyon manat.

Xəbər lenti

Xəbər lenti