...

Azərbaycanın Nazirlər Kabineti Əmlak Məsələləri Dövlət Komitəsinin tərkibini genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2009 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir Ü.İsmayılov/

Azərbaycanın Nazirlər Kabineti "Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında" 2009-cu il 15 avqust tarixli qərara əlavə və dəyişiklikləri təsdiq edib.

15 avqust tarixli 125 nömrəli qərarın 1-ci bəndində "11 (on bir)" sözləri "12 (on iki)" sözləri ilə əvəz edilib.

16-cı bəndə "Rzayev Elçin Adil oğlu - Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri" sözləri əlavə olunub.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti