...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2009 11:40 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80324 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80324 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi dekabrın 22-25-də 1 ABŞ dolları üçün 0,8033 manat, minimum isə dekabrın 21-də 1 ABŞ dollarına 0,8032 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

14 dekabr

0,8030

21 dekabr

0,8032

15 dekabr

0,8030

22 dekabr

0,8033

16 dekabr

0,8030

23 dekabr

0,8033

17 dekabr

0,8032

24 dekabr

0,8033

18 dekabr

0,8032

25 dekabr

0,8033

Həftə ərzində orta

0,80308

Həftə ərzində orta

0,80324

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0011 bənd (0,11 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80358 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 21-də 0,8033 AZN/USD məzənnə ilə $0,375 milyon, dekabrın 22-də 0,8034 AZN/USD məzənnə ilə $3,625 milyon, dekabrın 23-də isə sövdələşmə qeydə alınmayıb və bu səbəbdən məzənnə əvvəlki səviyyədə qalıb - 0,8034 AZN/USD. Dekabrın 24-də 0,8034 AZN/USD məzənnə ilə $0,25 milyon, dekabrın 25-də 0,8044 AZN/USD məzənnə ilə $10,26 milyon.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

14 dekabr

0,8031

21 dekabr

0,8033

15 dekabr

0,8030

22 dekabr

0,8034

16 dekabr

0,8030

23 dekabr

0,8034

17 dekabr

0,8033

24 dekabr

0,8034

18 dekabr

0,8033

25 dekabr

0,8044

Həftə ərzində orta

0,80314

Həftə ərzində orta

0,80358

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb.

Xəbər lenti

Xəbər lenti