...

Azərbaycanda iki iri körpü istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2009 13:33 (UTC +04:00)
Azərbaycanın Nəqliyyat Nazirliyi Azərbaycan rayonlarında Qafqazda və MDB-də analoqu olmayan iki iri körpü istismara verib.
Azərbaycanda iki iri körpü istismara verilib

Azərbaycan, Bakı, 28 dekabr / Trend /

Azərbaycanın Nəqliyyat Nazirliyi Azərbaycan rayonlarında QafqazdaMDB-də analoqu olmayan iki iri körpü istismara verib. Bu barədə nazirliyin məlumatında deyilir.

Nəqliyyat naziri Ziya Məmmədovun iştirakı ilə Azərbaycanın Tovuz rayonunda Qafqazın ən hündür körpüsü istismara verilib. Körpü avtomobillərə Tovuz rayonunun mərkəzinə girmədən dairəvi yolla getməyə imkan verir. Yeni körpünün hündürlüyü 35, uzunluğu 278, eni isə 14 metrdir. Körpü Tovuzçay üzərində inşa edilib.

Həmçinin Zaqatalada MDB məkanında analoqu olmayan asma körpü istismara verilib. Körpünün inşasına hələ 2007-ci ildə başlanılıb. Körpü Talaçay üzərindən keçir. Körpünün uzunluğu 172, eni 11, hündürlüyü isə 26 metrdir. Körpünün inşasında təxminən dörd min kubmetr sement və 600 ton metal istifadə olunub.

Xəbər lenti

Xəbər lenti