...

Azərbaycan ixracatının 90 faizdən çoxu neft məhsullarının payına düşür – ödəmə balansı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2009 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir N.İsmayılova/

2009-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 14,8 milyard dollarlıq mal ixrac olunub. Ölkənin ümumi ixracatından neft məhsullarının payına 90,4% düşür. Bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən elan edilmiş ödəmə balasında deyilir. Hesabatda neft məhsullarının dominant vəziyyəti saxlaması qeyd olunub.

İxrac olunan məhsulların ümumi həcmi 13,4 milyard dollar təşkil edib. Neft məhsullarının payına 829,6 miyard dollar, xam neftin payına isə 12,5 milyard dollar düşür.

Bununla yanaşı, 11,7 milyard dollar ABƏŞ-də çıxarılan neftin payına düşür. Digər müəssisələr tərəfindən 818,3 miyon dollarlıq neft xaricə daşınıb ki, bundan 187 miyon dollar "Şahdəniz" yatağında çıxarılan kondensatın payına, 631,3 milyon dollar isə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlər neft Şirkəti) payına düşür.

Qeyri-neft sektorunun payına düşən ixrac edilən malların ümumi dəyəri hesabat dövründə 772 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti