...

Azərbaycanda istehsalatda əmək qabiliyyətinin itirilməsi üzrə icbari sığorta ilə bağlı tariflər hər il nəzərdən keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2009 17:49 (UTC +04:00)
Azərbaycanın Maliyyə Nazirliyi istehsalatda əmək qabiliyyətinin itirilməsi üzrə icbari sığorta ilə bağlı maksimum tarifin saxlanmasını təklif edir.

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir İ.Xəlilova/

Azərbaycanın Maliyyə Nazirliyi istehsalatda əmək qabiliyyətinin itirilməsi üzrə icbari sığorta ilə bağlı maksimum tarifin saxlanmasını təklif edir.

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilovun bazar ertəsi dediyi kimi, zərərlərin dərəcəsindən asılı olaraq istehsalat sahələri qruplara bölünəcək.

Tariflər 0,1 faizdən başlayacaq, lakin Azərbaycanda elə istehsalat sahələri (inşaat sektoru, emal sənayesi) mövcuddur ki, orada həmin tariflər böyük zərərlərə görə hətta bir faizi ötə bilər.

"Tariflər aylıq əsasda, hesabatların aparılması əsasında ilkin mərhələdə nəzərdən keçiriləcək", - Xəlilov deyib.

Onun fikrincə, iqtisadi fəaliyyətin bütün sahələri üç-dörd qrupa bölünəcək.

"Müəssisələrdə istehsal personalı ilə yanaşı, idarə aparatı da var və onlar üçün xüsusi tarif tətbiq ediləcək", - Xəlilov deyib.

O hesab edir ki, iki faizlik maksimum tarif Azərbaycan üçün qəbul ediləndir, belə ki, Qazaxıstanda metallurgiya və emal sənayesi sahəsində böyük zərərlərlə əlaqədar olaraq bu tarif 5-6 faiz səviyyəsindədir.

"Əmək qabiliyyətinin itirilməsi üzrə icbari sığortanın tətbiq edilməsindən sonra sığorta şirkətləri Maiyyə Nazirliyindən razılıq alacaqlar. Hazırda şirkətlər həmin xidmətləri könüllü əsasda göstərə bilər, lakin Azərbaycanda həmin sığorta növü tətbiq edilmir", - Xəlilov hesab edir.

Xəbər lenti

Xəbər lenti