...

Azərbaycanın AFB Capital şirkətinə broker və diler fəaliyyəti aparması üçün icazə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2009 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün AFB Capital şirkətinə xüsusi icazə verib. Bu barədə komitənin məlumatında deyilib.

Yuxarıda sadalanmış fəaliyyət növləri ilə məşğul olmaq üçün icazə dekabrın 25-də verilib.

Bu gün ölkədə 15 broker, 13 diler və qiymətli kağızların idarə edilməsi üzrə verilmiş (komitə tərəfindən) üç xüsusi lisenziya fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankı ötən ilin dekabrında Azfinansbank-a bank fəaliyyəti ilə məşğul olmaq üçün icazə verib. Bank 10 milyon manat nizamnamə kapitalı ilə yaradılıb.

AFB Capital-ın nizamnamə kapitalı 100 min manat təşkil edir. Şirkətin rəsmi nümayəndəsi Elşad İbrahimovdur.

Xəbər lenti

Xəbər lenti