...

Avropa Fondu Azərbaycan iqtisadiyyatına dəstək verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2009 14:59 (UTC +04:00)
Cənub-Şərbi Avropa üçün Avropa Fondu səhmdarlarının ümumi toplantısı fondun fəaliyyət dairəsinin genişləndirilməsini təqdir edib. Bura dörd yeni ölkə, xüsusən də Azərbaycan və Gürcüstan daxil edilib.
Avropa Fondu Azərbaycan iqtisadiyyatına dəstək verəcək

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir N.İsmaylova/

Cənub-Şərbi Avropa üçün Avropa Fondu səhmdarlarının ümumi toplantısı fondun fəaliyyət dairəsinin genişləndirilməsini təqdir edib. Bura dörd yeni ölkə, xüsusən də Azərbaycan və Gürcüstan daxil edilib.

"Fondun fəaliyyət dairəsinin genişləndirilməsi həmin ölkələrdə maliyyə vasitəçiliyinin səviyyəsini artırır və kənd yerlərində mikroinstitutlar üçün pul buraxılmasına yardım edir", - fondun məlumatında deyilir.

Son beş ildə EFSE fondun fəaliyyət dairəsinə daxil olan ölkələrin iqtisadiyyatı üçün banklara və mikromaliyyələşdirmə institutlarına 300 milyon avro təqdim edir. Bununla bərabər, fond xüsusən də Azərbaycan, Gürcüstan və Belarusda kiçik və orta sahibkarlıq üçün təxminən 70 min avroluq kreditin maliyyələşdirilməsini təmin edir.

EFSE öz fəaliyyətinə 2005-ci ilin dekabrından başlayıb və dövlət-özəl tərəfdaşlığının nümunəsidir. EFSE dünyanın iri mikromaliyyələşdirmə investisiya fondudur. Cənub-Şərqi Avropa ölkələrinin iqtisadi inkişafı və çiçəklənməsinə istiqamətlənmiş EFSE mikro və kiçik sahibkarlığın, o cümlədən aztəminatlı ev təsərrüfatlarının gələcək inkişafı üçün yerli maliyyə institutlarına uzunmüddətli alətlər təqdim edir.

Fondun donor qismində güclü səhmdar və investor bazası, Avropa Komissiyası, İqtisadi əməkdaşlıq və inkişaf üzrə Almanıya Federal Nazirliyi (BMZ), Avstriya hökuməti, İsveçrə və Danimarka, KfW, BMK, AYİB, Niderland Maliyyə İnkişaf Şirkəti (FMO), Avropa İnvestisiya Bankı, Avstriya İnkişaf Bankı (OeEB), Sal, Oppenheim, Credit Cooperatif və Deutsche Bank da daxil olmaqla, beynəlxalq maliyyə müəssisələri və özəl institusional investorları var.

Xəbər lenti

Xəbər lenti