...

Azərbaycanda korporativ qiymətli kağızların dövriyyəsi il ərzində 10 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2009 19:21 (UTC +04:00)
"Azərbaycanda korporativ qiymətli kağızların 2009-cu il yanvar-noyabr aylarında dövriyyəsi 388,1 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 10 faiz çoxdur", -bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir N.İsmayılova/

"Azərbaycanda korporativ qiymətli kağızların 2009-cu il yanvar-noyabr aylarında dövriyyəsi 388,1 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 10 faiz çoxdur", -bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bu dövr ərzində bağlanan sazişlərin sayı 3419, ötən il isə 5841 olub.

Hesabat dövrü ərzində səhmlərin dövriyyəsi 293,5 milyon manat təşkil edib, bu da ötən ilə olan göstəricidən 3 faiz aşağıdır. Bununla yanaşı səhmlərin ilkin bazarının həcmi 10 faiz, Bakı Fond Birjasında yerləşdirilən səhmlərin təkrar bazarının həcmi 16 dəfə artıb. Birjaxarixi əməliyyatların həcmi isə 39 faiz azalıb.

Korporativ istiqrazların dövriyyəsi 94 faiz artaraq 94,6 milyon nmanat təşkil edib.

Dövlət qiymətli kağızlarının dövriyyəsi cari ilin yanvar-noyabr aylarında 2,88 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə olan həcmdən 65 faiz azdır.

Dövlət istiqrazları bazarının həcmi 59 faiz artaraq 616,2 milyon manat təşkil edib. Ölkənin Mərkəzi bankının not bazarı isə 82 faiz azalıb.

REPO və əks REPO əməliyyatları 1,92 milyard manat təşkil edib.

Dekabrın 29-na olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti