...

Bakı Rieltorlar Assosiasiyası sertifikatlaşdırılmanın keçirilməsi vaxtını müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2009 20:12 (UTC +04:00)
Çərşənbə axşamı Bakı Rieltorlar Assosiasiyasının ümumi iclasında ölkənin daşınmaz əmlak bazarında fəaliyyət göstərən rieltorların sertifikatlaşdrılması məsələsinə baxılıb.

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Çərşənbə axşamı Bakı Rieltorlar Assosiasiyasının ümumi iclasında ölkənin daşınmaz əmlak bazarında fəaliyyət göstərən rieltorların sertifikatlaşdrılması məsələsinə baxılıb.

İclas zamanı 2010-cu ilin yanvarından KİV-də fevral ayında rieltorlar üçün treninqlərin başlanması haqda geniş təbliğatın aparılmasına dair qərar qəbul edilib. Birinci treninq proqramında şirkət rəhbərləri - assosiasiyanın 16 üzvü iştirak edəcək. Gələcəkdə treninqlərdə şirkət əməkdaşları, menecerlər, agentlər və başqaları iştirak edə bilərlər.

Treninqlərdə assosiasiyaya üzv şirkətlərin hər bir əməkdaşının iştirak qiyməti 20 manat, digər şirkətlərin 40 manat, fərdi şəxslərin isə 50 manat həcmində müəyyən edilib.

Treninqlər bir ay müddətində keçiriləcək. Treninq proqramının yekunu üzrə imtahan təşkil ediləcək. İmtahanların yekunu üzrə rieltorun peşəkar keyfiyyətini təsdiq edən sertifikat veriləcək.

İclas zamanı 7 işçi qrup da təsdiq edilib: yeni layihələrin hazırlanması üzrə, bazar iştirakçıları ilə koordinasiya üzrə, qanunverici bazaya təkliflərin hazırlanması üzrə, beynəlxalq əlaqələrin inkişafı üzrə, nəzarət-təftiş qrupu, təhsil, bazarın araşdrılması və analizi,  KİV ilə əlaqə və reklam sahəsində olan qrup.

Həmçinin assosiasiyanın ümumi yığıncağının və ya hər həftə işçi qrupların iclasının keçirilməsi ilə bağlı qərar qəbul edilib.

BRA-nın təsisçiləri "MBA Group" şirkəti, "New Europe" və "Baki Emlak" rieltor şirkətləridir. 2008-ci ilin oktyabrında assosiasiya Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Assosiasiyanın əsas məqsədləri Azərbaycanda rieltor fəaliyyətinin standartlarının müəyyənləşdirilməsi, xüsusi peşəkar hazırlıq mərkəzinin yaradılması, həmçinin rieltorların sertifikasiya sisteminin tətbiqidir.

Xəbər lenti

Xəbər lenti