...

Azərbaycanda rieltor fəaliyyəti üçün hüquqi baza hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2009 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Bakı Rieltorları Assosiasiyası "Rieltor fəaliyyəti haqqında" qanun layihəsinin ilkin variantını hazırlayıb. Bu barədə çərşənbə günü assosiasiyadan deyilib.

Qanun layihəsi hüquqi və fiziki şəxslərin rieltor fəaliyyətinin nizama salınmasını, həmçinin həmin istiqamətdə vahid dövlət siyasətinin reallaşdırılmasını nəzərdə tutur.

Qanun layihəsinə əsasən, rieltorların könüllü sığortası tətbiq ediləcək. Layihəyə əsasən assosiasiya bazarda rieltorların nizamlayıcısı rolunu oynamalı, həmçinin rieltorların sertifikatlaşdırılmasına dair tədbirlər keçirməli, rieltor fəaliyyətinin nizama salınması üçün qaydalar və standartlar hazırlamalı, peşəkar imtahanlar və hazırlıq kursları keçirməli, rieltorların reyestrini aparmalı, rieltor fəaliyyətinin müvafiq standart və qaydalarına nəzarət etməli, əlaqə yaratmalı, müraciətləri nəzərdən keçirməli və daxili qaydaların pozulması hallarında sanksiyalar tətbiq etməlidir.

Assosiasiyanın təsisçiləri "MBA Group" şirkəti, "New Europe" və "Baki Emlak" rieltor şirkətləridir. Assosiasiya 2008-ci ilin oktyabrında Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bu gün assosiasiyanın 16 üzvü var və daha altı rieltor üzv olmaq üçün müraciət edib.

Assosiasiyanın əsas vəzifələri Azərbaycanda rieltor fəaliyyəti funksiyalarının standartlarını müəyyən etmək, xüsusi peşəkar hazırlıq mərkəzləri yaratmaq, həmçinin rieltorların sertifikatlaşdırılması sistemini tətbiq etməkdir. Assosiasiyaya üzvlük haqqı hüquqi şəxslər üçün 300 manat, fiziki şəxslər üçün 100 manatdır.

Dekabrın 30-na olan rəsmi məzənnə 0,8031AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti