...

Azad İstehlakçılar Birliyi Azərbaycan Prezidentinin qaza olan borcların silinməsi barədə fərmanını insanpərvər addım hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2009 13:19 (UTC +04:00)
Azad İstehlakçılar Birliyi (AİB) Azərbaycan Prezidenti İlham Əliyevin çərşənbə axşamı əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi haqqında imzaladığı fərmanı insanpərvər addım hesab edir.
Azad İstehlakçılar Birliyi Azərbaycan Prezidentinin qaza olan borcların silinməsi barədə fərmanını insanpərvər addım hesab edir

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir M.Əliyev/

Azad İstehlakçılar Birliyi (AİB) Azərbaycan Prezidenti İlham Əliyevin çərşənbə axşamı əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi haqqında imzaladığı fərmanı insanpərvər addım hesab edir. Fərmanda deyilir ki, ölkə rəhbərliyi mühüm kommunal xidmət sahəsi - əhalinin qazla təmin edilməsi ilə bağlı vəziyyətdən xəbərdardır. Bu barədə çərşənbə günü AİB-in kommunal xidmətlər komissiyasının sədri Ələkbər Ağasıyev deyib.

"Qaza olan borcların ləğv edilməsi Azərbaycan Prezidentinin ölkə əhalisinə qayğısının ifadəsidir", - Ağasıyev hesab edir.

Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borclarının silinməsini qərara alıb.

Əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat veriləcək.

Xəbər lenti

Xəbər lenti