...

Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi barədə fərman dövlət başçısının əhaliyə dəstəyidir – parlament üzvü

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2009 14:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin çərşənbə axşamı əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi haqqında imzaladığı fərmanı dövlət başçısının əhaliyə dəstəyidir. Bu barədə çərşənbə günü deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi barədə fərman dövlət başçısının əhaliyə dəstəyidir – parlament üzvü

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan Prezidenti İlham Əliyevin çərşənbə axşamı əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi haqqında imzaladığı fərmanı dövlət başçısının əhaliyə dəstəyidir. Bu barədə çərşənbə günü deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

"Bu fərmanın əhali üçün böyük faydası var, belə ki, əhalinin elə hissəsi var ki, keçmiş borcları ödəyə bilmirdi, indi onlar həmin borclardan azad olunublar. Bu müsbət addımdır", - Əhmədov hesab edir.

Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borclarının silinməsini qərara alıb.

Əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat veriləcək.

Xəbər lenti

Xəbər lenti