...

Azərbaycan Mərkəzi Bankında tədqiqat və inkişaf mərkəzi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2009 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında tədqiqat və inkişaf mərkəzi yaradılacaq. Bu barədə 2010-cu il üzrə pul siyasətinin əsas istiqamətləri üzrə AMB-nin bəyanatında deyilir.

Mərkəz elmi tədqiqatlar aparacaq, müasir təlimlər təşkil edəcək və resursların inkişafına təşviq edəcək.

Mərkəzi Banka risk-menecmentinin yeni standartları tətbiq ediləcək, həmçinin hesabat və statistikanın yeni sisteminin tətbiqinə başlanacaq. Həmçinin bank nəzarəti üzrə informasiya-sorğu sisteminin yaradılması planlaşdırılır ki, bu da pul dövriyyəsinin təşkilatında mühüm innovasiyaları təmin edəcək.

Mərkəzi Bank həmçinin yeni kommunikasiya imkanlarının inkişafını və bir sıra sosial layihələrin həyata keçirilməsini planlaşdırır.

Xəbər lenti

Xəbər lenti