...

2010-cu ildə Azərbaycanda ipoteka kreditləşməsi genişləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Yanvar 2010 12:24 (UTC +04:00)
2010-cu ildə Azərbaycanda ipoteka kreditləşməsi genişləndiriləcək və ipoteka proqramı təkmilləşdiriləcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2010-cu ilə olan pul siyasətlərinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.
2010-cu ildə Azərbaycanda ipoteka kreditləşməsi genişləndiriləcək

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir N.İsmayılova/

2010-cu ildə Azərbaycanda ipoteka kreditləşməsi genişləndiriləcək və ipoteka proqramı təkmilləşdiriləcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2010-cu ilə olan pul siyasətlərinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Bundan əlavə, ölkədə dövlət büdcəsində nəzərdə tutulmuş sosial ipoteka mexanizminin tətbiqi davam edəcək. Bu prosesin təkmilləşdirilməsi və yeni ipoteka modelinin yaradılması məqsədilə yaşayış və inşaat-əmanət banklarının fəaliyyətə başlamasını dəstəkləmək üçün müvafiq tədbirlər təşkil ediləcək.

"Qeyri-bank kredit təşkilatları haqqında" yeni qanuna əsasən, onların fəaliyyəti genişləndiriləcək və mikromaliyyəşmə şəbəkəsinin genişlənməsi ilə dəstəklənəcək.

Xəbər lenti

Xəbər lenti