...

Azərbaycanın Gömrük Komitəsi XİF iştirakçılarının qeydiyyat prosedurunu asanlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2010 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan Dövlət Gömrük Komitəsi vergi-gömrük sisteminin avtomatlaşdırılması çərçivəsində xarici iqtisaqi fəaliyyət (XİF) iştirakçılarının qeydiyyat prosedurunu asanlaşdırıb. Bu barədə çərşənbə günü Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

"Əgər əvvəllər sahibkarlar gömrük orqanlarından statistika şifrəsi alırdılarsa, indi bunu Dövlət Gömrük Komitəsinin rəsmi İnternet saytı vasitəsi ilə əldə edə biləcəklər", - DGK-dan bildirilib.

Bu məqsədlə DGK-nın rəsmi saytında (www.dgk.gov.az) xüsusi bölmə yaradılıb və hər bir sahibkar öz statistika şifrəsini buradan əldə edə bilər.

"Bütün bu tədbirlər ticarətin təşviq edilməsi, sahibkarlıq fəaliyyətində şəffaflığın təmin olunması, həmçinin gömrük prosedurunun avtomatlaşdırılmış sistemə keçirilməsi məqsədilə həyata keçirilir", - DGK-dən bildirilib.

2009-cu il 1 yanvar tarixindən etibarən Azərbaycanda dövlət sərhədlərinin gömrük-buraxılış məntəqələrində mallara və nəqliyyat vasitələrinə nəzarət üçün "vahid pəncərə" sistemi tətbiq edilib. Bu sistemin tətbiq edilməsində əsas məqsəd mallara və nəqliyyat vasitələrinə nəzarət zamanı yaranan maneələri aradan qaldırmaq üçün lazımi şəraitin yaradılmasından, idxal-ixrac əməliyyatlarının müasir tələblərə müvafiq olaraq tətbiq edilməsindən və s. ibarətdir.

Sərhəd-buraxılış məntəqələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi, o cümlədən "vahid pəncərə"yə keçid "elektron gömrük" sisteminin yaradılması çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti