...

Azərbaycanda "donuz qripi" əleyhinə vaksinləmə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2010 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Yaxın günlərdə Azərbaycanın Səhiyyə Nazirliyi təhlükə qrupuna daxil olan şəxslərin "donuz qripi" (A/H1N1) virusu əleyhinə vaksinlənməsinə başlayacaq. Bu barədə çərşənbə günü, Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyib.

"Vaksinləmə immun sistemi zəif olan hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər, həmçinin virusa yoluxanlarla birbaşa təmasda olan işçilər arasında keçiriləcək", - Qurbanov deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı "donuz qripi"nin profilaktikası ilə əlaqədar digər 90 ölkə ilə yanaşı, Azərbaycana da pulsuz olaraq 170 min dərəcəli vaksin ayırıb.

Onun sözlərinə görə, vaksinlər yanvarın 6-da ölkəyə çatdırılacaq və bir neçə gün ərzində vaksinləmə prosesi başlayacaq.

Qurbanov deyib ki, ərazi poliklinikalarının köməyi ilə təhlükə qrupuna daxil olan şəxslərin siyahısı hazırlanıb.

"Ölkəyə ayrılmış vaksinlərin köməyi ilə Azərbaycan əhalisinin təxminən iki faizi vaksinasiya ediləcək", - Qurbanov deyib.

Onun sözlərinə görə, vaksinasiya prossesi cəmi bir neçə gün çəkəcək.

Ölkədə "donuz qripi"nə yeni yoluxma hallarımndan danışaraq direktor müavini deyib ki, Respublika Taun Əleyhinə Stansiyanın aşkarlanmış yoluxma faktrarının analızlərindən mütəmadi olaraq nümunələr götürməsinə baxmayaraq bu günə qədər ölkədə "donuz qripi" virusuna cəmi 14 yoluxma halı qeydə alınıb və bütün xəstələr tam sağaldılıb.

Xəbər lenti

Xəbər lenti