...

Azərbaycanın şimal-qərbindəkli daşınmaz əmlak bazarında canlanma müşahidə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2010 16:19 (UTC +04:00)

Azərbaycan, Gəncə, 05 yanvar / Trend , müxbirlər V.Məmmədov, Ü.İsmayılova/

Gəncədə daşınmaz əmlakın alqı-satqısında canlanma müşahidə edilir. Bunu çərşənbə axşamı V.E.S. Konsaltinq şirkətinin Gəncə filialının rəhbəri Ceyhun Əliyev deyib.

"2008-ci ilin sonu ilə müqayisədə ötən ilin sonunda daşınmaz əmlak bazarında 8-10 %-ə kimi canlanma hiss olunub", - Əliyev deyib.

Əgər 2008-ci ilin sonunda ev alqı-satqısı yox dərəcəsində idisə də, rieltorlar 2009-cu ilin sonlarında heç olmasa ayda 2-3 ev sata biliblər deyən Ceyhun Əliyev canlanmanı respublikada ipoteka kreditlərinin verilməsi ilə əlaqlənədirib.

Ekspertin sözlərinə görə, hazırda Gəncənin mərkəzində 3 otaqlı bina evinin qiyməti 50-60 min dollar civarında, şəhərdən kənar yerlərdə isə bu qiymət 36-46 min dollar civarında dəyişir. Həyət evlərində isə qiymət evin sahəsindən asılı olaraq 30-150 min arasında dəyişir.

"Bna evləri ipoteka kreditləri hesabına satılırsa, həyət evlərində alqı-satqı demək olar ki dayanıb", - o deyib.

Əliyev onu da qeyd edib ki, 2008-ci ildə 500 min dollarlarla satışa çıxarılan həyət evinin qiyməti 150 min dollara kimi enib. Buna baxmayaraq yenə həyət evlərini alan yoxdur.

Ekspertin sözlərinə görə, hazırda Gəncədə yeni tikilən bina evlərinin kvadratmetrinin qiyməti 600 dollardan 500 dollara endirilib. Torpaq sahələri isə yerindən asılı olaraq 3-15 min dollar arasında dəyişir.

Xəbər lenti

Xəbər lenti