...

"Bakı-Kiyev" qatarının hərəkəti partlayıcı qurğunun zərərsizləşdirilməsindən sonra bərpa edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2010 17:32 (UTC +04:00)
"Dağıstanın paytaxtı Mahaçqalaya gedən yolda partlayıcı qurğunun aşkar edilməsi səbəbilə saxlanılan "Bakı-Kiyev" dəmir yolu qatarı öz yoluna davam edib", -bu barədə "Azərbaycan dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov çərşənbə günü deyib.
"Bakı-Kiyev" qatarının hərəkəti partlayıcı qurğunun zərərsizləşdirilməsindən sonra bərpa edilib

Azərbaycan, Bakı, 06 yanvar /Trend capital, müxbir E.İsmayılov/

"Dağıstanın paytaxtı Mahaçqalaya gedən yolda partlayıcı qurğunun aşkar edilməsi səbəbilə saxlanılan "Bakı-Kiyev" dəmir yolu qatarı öz yoluna davam edib", -bu barədə "Azərbaycan dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov çərşənbə günü deyib.

"Qatar Mahaçqalaya çatmamış Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Yerli vaxtla saat 10:40-da partlayıcı maddə aşkar edilib. Dəmir yolun xətlərinə bərkidilən partlayıcı maddə zəzrsizləşdiriləndən sonra qatar hərəkətinə davam edib", -bu haqda Əzməmmədov məlumat verib. Qatar Şimali Qafqaz dəmir yolunun Tarki-Mahaçkala mənzilinin 2292-ci kolometrində dayandırılıb.

Əzməmmədov deyib ki, qatar bir neçə saatlıq gecikmə ilə təyin məntəqəsinə çatacaq. Bakıdan gedən və Bakıya gələn sərnişin qatarlarının hərəkət qrafikində heç bir dəyişiklik olmayacaq.

Xəbər lenti

Xəbər lenti