...

Azərbaycanın 2009-cu ildə sığorta şirkətinin haqları təqribən iki dəfə azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2010 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir Ü.İsmayılov/

"2009-cu ilin fəaliyyət yekunları üzrə Azərbaycanın Standard Insurance sığorta şirkətinin haqları təqribən iki dəfə azalıb", bu barədə bazar ertəsi şirkətdən deyilib.

Keçən il ərzində şirkətin haqları 4 milyon manatlıq ödəmələrlə 7,2 milyon manat təşkil edib.

2008-ci ilin fəaliyyət yekunları üzrə Standard Insurance şirkətinin haqları 4,51 milyon manatlıq ödəmələrlə 14,02 milyon manat təşkil edib.

Sığorta yığılmalarının tərkib hissəsi sığortanın könüllü növü üzrə haqların hesabına təmin edilib.

İcbari sığorta növü üzrə haqlar 0,23 milyon manatlıq ödəmələrlə 0,9 milyon manat təşkil edib.

"Sığorta yığılmalarının 50%-lik azalması banklarda girov əmlakın sığortası üzrə müqavilələrin sayının azalması nəticəsində baş verib", - şirkətdən mənbə deyib.

2010-cu ilə olan proqnozlar barədə danışan şirkət nümayəndəsi deyib ki, cari ildə Standard Insurance öz gəlirlərini 30-40% artırmağı planlaşdırır.

"Bu cür artım Azərbaycan sığorta bazarının ümumi artımı və şirkət tərəfindən hazırlanan sığortanın müxtəlif növləri üzrə proqramın hesabına gözlənilir.

Standard Insurance sığorta şirkəti 2002-ci ildən etibarən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkət 2007-ci ildə Moody's Investors Service agentliyindən Bİ səviyyəli maliyyə dayanıqlılığı reytinqi əldə edib. Şirkətin nizamnamə kapitalı 8 milyon manat təşkil edir. Dekabrın 11-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti