...

Naxçıvan Avtomobil Zavodu yerli bazarın tələbatını ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2010 13:07 (UTC +04:00)
Hazırda Naxçıvan Muxtar Respublikasında (NMR) yaxın vaxtlarda istismara verilən yeni Avtomobil Zavodu Çin istehsalı olan 108 "Lifan" markalı avtomobilin komplekt yığılmasını həyata keçirir.
Naxçıvan Avtomobil Zavodu yerli bazarın tələbatını ödəyəcək

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir E.İsmayılov/

Hazırda Naxçıvan Muxtar Respublikasında (NMR) yaxın vaxtlarda istismara verilən yeni Avtomobil Zavodu Çin istehsalı olan 108 "Lifan" markalı avtomobilin komplekt yığılmasını həyata keçirir.

"Artıq 108 komplektin yığılmasına başlanılıb, yaxın vaxtlarda daha 161 komplektin gətirilməsi gözlənilir", - müəssisədən deyilib.

Zavodun istehsal gücü ildə 4-5 min avtomobildir. Avtomobillərin qiyməti 8-14 min dollar təşkil edir.

Hazırda zavodun qarşısına qoyulan məqsəd NMR-in avtomobil tələbatını və bu avtomobillərin Türkiyə və İran bazarlarına çıxarılmasını təmin etməkdir.

"Hazırda yerli bazarlarda bu avtomobilə böyük tələbat var. Bu avtomobillərə xidmət etmək üçün artıq servis mərkəzi açılır", - mənbə deyib.

Xəbər lenti

Xəbər lenti