...

Azərbaycan bankı Parabank xarici sərmayədarlarla danışıqlara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2010 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir N.İsmayılova/

Azərbaycan bankı Parabank kredit xəttinin cəlb edilməsi məsələsi üzrə xarici sərmayədarlarla danışıqlar aparır, Bankın Xəzinə Departamentinin direktoru Elnur Ağayev çərşənbə axşamı deyib.

"Bank maliyyə institutlarında 3-5 milyon dollara yaxın vəsait cəlb etmək niyyətindədir və biz artıq danışıqlar prosesindəyik. Bu vəsaitlər kiçik və orta sahibkarlığın və aqrar sektorun kreditləşməsinə yönəldiləcək", - bu barədə Ağayev deyib.

Bank inişili itgi ilə başa vurub ki, bu da onun sözlərinə görə, yeni kredit xətlərinin cəlb edilməsinə mənfi təsir göstərib, lakin 2009-cu ilin yekunları üzrə cüzi gəlir əldə edilib (maliyyə göstıəriciləri hələ elan edilməyib).

Bir müddət öncə məlumat verilirdi ki, bank Asiya inkişaf bankı ilə 3 milyon dollarlıq, Almaniyanın KfW inkişaf bankı ilə isə 2 milyon dollarlıq kredit xəttinin açılmasına dair danışıqlar aparır. Bu vəsaitlər kiçik və orta sahibkarlığın maliyyələşməsi üçün nəzərdə tutulub.

Bank Kreditanstalt für Wiederaufbau (KfW), Islamic Bank Development Busines (ISDB), Europian Bank Reconstraction and Development (EBRD), International Finance Corporation (IFC), Black Sea Trade & Development Bank (BSTDB), Commerzbank AG (GEM), TBC Bank (GEO) kimi maliyyə institutları ilə əməkdaşlıq edir.

Ölkənin bank bazarında 1991-ci ildən fəaliyyət göstərən bankın səhmdar tərkibi əsasən 18 fiziki şəxsdən (səhmlərin 99,9525 faizi) ibarətdir.

Yanvarın 12-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti