...

Azərbaycanda yeni gəmiqayırma şirkəti qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2010 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend /

Azərbaycanda "Caspian Ship Construction & Repair" MMC qeydiyyatdan keçib. Bu barədə Azərbaycan Vergilər Nazirliyinin rəsmi saytının "vahid pəncərə" bölməsində bildirilir.

Məlumatda deyilir ki, MMC 2009-cu il dekabrın 14-də 10 manatlıq nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.

Şirkətin hüquqi nümayəndəsi qismində Çingiz Əliyev çıxış edir. MMC-nin təsisçisi Panamanın "Trans Marine United Corp" şirkətidir.

Xəbər lenti

Xəbər lenti