...

Bakı Metropoliteni yeni vaqonlar almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2010 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir E.İsmayılov/

Bakı Metropoliteni 2010-cu ildə Rusiyanın "Metrovaqonmaş" ASC-nin istehsalı olan 10 vaqon almaq niyyətindədir. Bu barədə çərşənbə günü Bakı Metrolopitenindəki mənbə məlumat verib.

"Biz bu il Mıtişinsk maşınqayırma zavodunun istehsalı olan 10 yeni vaqon almaq niyyətindəyik", - mənbə deyib.

Onun sözlərinə görə, yeni vaqonların alınma vaxtı lazımi vəsaitin ayrılmasından və istehsalçı ilə müqavilənin bağlanmasından sonra məlum olacaq.

Keçən il Bakı Metropoliteni "Metrovaqonmaş" ASC-nin istehsalı olan 15 vaqon almışdı. Metrolopiten 2008-ci ildə 35 vaqon, 2007-ci ildə isə 25 vaqon əldə etmişdi.

Mıtişinskdəki "Metrovaqonmaş" zavodu artıq 30 ildən çoxdur ki, Bakı Metropoliteni üçün dəmiryol nəqliyyatı vasitələri tədarük edir.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropolitenin balansında 22 stansiya var.

Xəbər lenti

Xəbər lenti