...

20 Yanvar Milli matəm günü şəhərətrafı zonalara hərəkət edən elektrik qatarlarında gediş pulsuz olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2010 13:38 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən hazırlanan plana əsasən, 20 Yanvar Milli matəm günü Bakı vaxtı ilə saat 06:00-dan gecə saat 23:00-dək Bakı ətrafındakı zonalara hərəkət edən elektrik qatarlarında gediş pulsuz olacaq.
20 Yanvar Milli matəm günü şəhərətrafı zonalara hərəkət edən elektrik qatarlarında gediş pulsuz olacaq

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən hazırlanan plana əsasən, 20 Yanvar Milli matəm günü Bakı vaxtı ilə saat 06:00-dan gecə saat 23:00-dək Bakı ətrafındakı zonalara hərəkət edən elektrik qatarlarında gediş pulsuz olacaq. Bu barədə çərşənbə axşamı QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Əzməmmədovun sözlərinə görə, 20 yanvarda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, saat 12:00-da qatarların hərəkəti dayandırılacaq, lokomotivlər isə siqnal səsləri verəcəklər.

Xəbər lenti

Xəbər lenti