...

Azərbaycan bankı "DekaBank"ın aktivləri keçən il ərzində 3 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2010 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir N.İsmayılova/

2009-cu ilin yekunlarına görə, Azərbaycan bankı "DekaBank"ın aktivləri il ərzində 3 dəfədən çox artaraq 32,43 milyon manat təşkil edib, bankın məlumatında deyilir.

Bankın kredit portfeli 25% artaraq 25,7 milyon manat təşkil edib. Bankın depozit portfeli 2,89 milyon manat artaraq 8,015 milyon manat təşkil edib.

2009-cu ilin yekunlarına görə, bankın gəlirləri 2,844 milyon manat təşkil edib ki, bu da 2008-ci ilin göstəricilərindən 11 dəfə çoxdur.

Bankın nizamnamə kapitalı 10 milyon manat, məcmu kapitalı isə 12,78 milyon manat təşkil edir.

DekaBank 1989-cu ildə azərbaycanlı fiziki şəxslər tərəfindən yaradılıb.

Yanvarın 16-na olan rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti