...

Azərbaycanın yeganə təkrar sığorta şirkəti 2010-cu il üzrə iş planını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2010 15:16 (UTC +04:00)
Azərbaycanın yeganə təkrar sığorta şirkəti olan "AzRe Təkrarsığorta" ASC fevralın 19-da səhmdarların növbəti ümumi toplantısını keçirəcək. Bu barədə şirkətin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov deyib.

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın yeganə təkrar sığorta şirkəti olan "AzRe Təkrarsığorta" ASC fevralın 19-da səhmdarların növbəti ümumi toplantısını keçirəcək. Bu barədə şirkətin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov deyib.

"Toplantı zamanı şirkətin 2009-cu ildə əldə etdiyi maliyyə göstəriciləri müzakirə olunacaq", - Abbasov deyib.

Onun sözlərinə görə, şirkət səhmdarları ötən ilin yekununda əldə edilmiş gəlirlərin bölünməsi, şirkətin 2010-cu ildə inkişaf etdirilməsi məsələlərini, həmçinin iş planını müzakirə edəcəklər.

Abbasov 2009-cu ildə əldə olunmuş gəlirlər hesabına şirkətin nizamnamə kapitalının artırılması məsələsinin müzakirə olunacağını istisna etməyib. Hazırda "AzRe Təkrarsığorta" ASC-nin nizamnamə kapitalı dörd milyon manat təşkil edir.

Azərbaycanın birinci təkrar sığorta şirkəti "AzRe Reinsurance" 7 noyabr 2007-ci ildə təkrar sığorta fəaliyyəti həyata keçirmək üçün Azərbaycanın Maliyyə Nazirliyindən lisenziya alıb. Şirkətin səhmdarları altı fiziki şəxsdir.

Şirkət yerli və regional sığorta, təkrar sığorta şirkətləri və təkrarsığota vasitəçiləri ilə əmlak, tikinti-quraşdırma riskləri, su, hava və avtomobil nəqliyyat vasitələri, yüklər, bədbəxt hadisələr, məsuliyyət və maliyyə risklərinin sığortası üzrə xidmət göstərir.

Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-noyabrda "AzRe" şirkətinin sığorta haqları 7,68 milyon manat ödəmələrlə 21,83 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti