...

Azərbaycanda 2009-cu ildə 1,4 milyon kvadratmetr yaşayış sahəsi istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2010 14:17 (UTC +04:00)
2009-cu il ərzində Azərbaycanda istismara verilmiş yaşayış evlərinin ümumi sahəsi 1363,3 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 12,4 faiz azdır. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Statistika Komitəsindən deyilib.

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir Ü.İsmayılova/

2009-cu il ərzində Azərbaycanda istismara verilmiş yaşayış evlərinin ümumi sahəsi 1363,3 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 12,4 faiz azdır. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Statistika Komitəsindən deyilib.

Həmin dövr ərzində tikinti-quraşdırma işləri üçün 5142,7 milyon manat ayrılıb ki, bu da 2008-ci il göstəricisindən 8,2 faiz azdır.

İstehsal obyektlərinin tikintisinə 1511 milyon manat sərf edilib.

Ümumi investisiyanın əsas kapitalda həcmi 18,7 faiz azalaraq 7358,7 milyon manat təşkil edib.

Yanvarın 19-na olan rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti