...

Azərbaycanda Avro-1 və Avro-2 normalarına uyğun olmayan avtomobillərin istismarına qadağa qoyula bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2010 12:05 (UTC +04:00)
Yanvar-fevral aylarında Azərbaycanda həm daxili bazarda avtomobil yanacağının satılması, həm də avtomobil parkına aid standartların qəbul edilməsi gözlənilir. Bu barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov deyib.
Azərbaycanda Avro-1 və Avro-2 normalarına uyğun olmayan avtomobillərin istismarına qadağa qoyula bilər

Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir H.Vəliyev/

Yanvar-fevral aylarında Azərbaycanda həm daxili bazarda avtomobil yanacağının satılması, həm də avtomobil parkına aid standartların qəbul edilməsi gözlənilir. Bu barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov deyib.

Həsənovun sözlərinə görə, Avro-1 və Avro-2 normalarına uyğun olmayan avtomobillərin istismarına qadağa qoyulacaq.

"Lakin bu proses mərhələli şəkildə həyata keçiriləcək", - Həsənov deyib.

Bazar ertəsi Dövlət Komitəsi Bakının yanacaqdoldurma məntəqələrində (YDM) aparılan monitorinqlərin nəticələrini elan edən məlumat yayıb. Azərbaycan paytaxtında mövcud olan 45 YDM-dən 26-da satılan yanacağın keyfiyyət göstəricilərinin standartlara cavab verməməsi və miqdarının normaya uyğun olmaması faktları aşkar olunub.

Xəbər lenti

Xəbər lenti