...

Bakıda Pakistan hava yollarına məxsus məcburi eniş edən təyyarənin sərnişinlərində "donuz qripi" aşkar edilməyib - Səhiyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2010 13:37 (UTC +04:00)
Bir gün əvvəl Bakıda Lahor (Pakistan) - Mançester (Böyük Britaniya) marşrutu ilə hərəkət edən Pakistan hava yollarına məxsus məcburi eniş edən təyyarənin sərnişinlərindən "donuz qipi" virusunun olması ehtimal ilə laborator analizlər götürülüb.
Bakıda Pakistan hava yollarına məxsus məcburi eniş edən təyyarənin sərnişinlərində "donuz qripi" aşkar edilməyib - Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Bir gün əvvəl Bakıda Lahor (Pakistan) - Mançester (Böyük Britaniya) marşrutu ilə hərəkət edən Pakistan hava yollarına məxsus məcburi eniş edən təyyarənin sərnişinlərindən "donuz qipi" virusunun olması ehtimal ilə laborator analizlər götürülüb. Bu barədə cümə axşamı Azərbaycanın Səhiyyə Nazirliyindən məlumat verilib.

"Bu sərnişinlərdən götürülən analizlərin nəticələri virusun olmasını təsdiq etməyib", - Səhiyyə Nazirliyindən deyilib.

Mənbənin sözlərinə görə, bu marşrutda anası ilə birgə hərəkət edən Alisa Xalid adlı 4 aylıq uşaqda yüksək temperatur və qıcolma müşahidə edilib. Hazırda uşağın vəziyyəti stabildir və Bakıda intensiv müalicə keçir.

AZAL QSC-dən (Azərbaycan Hava Yolları) bildiriblər ki, təyyarə bir saat yarım Heydər ƏIiyev adına Beynəlxalq hava limanında qaldıqdan sonra yoluna davam edib.

İndiyədək Azərbaycanda 14 yoluxma halı aşkar edilib və bütün xəstələr tamamilə sağalıb. Faktların əksəriyyəti Azərbaycana xaricdən gələn vətəndaşlarda aşkar edilib. Qripə yeni yoluxma halları aşkar edilməyib.

Bir müddət əvvəl Azərbaycanda "donuz qripi"nə qarşı vaksinləmə başlayıb. Əldə edilən 90 min doza vaksin Bakının 11 rayonunun və Sumqayıt şəhərinin tibb müəssisələrinə paylanıb. Mənbənin sözlərinə göə, ilk mərhələdə vaksinləmə yalnız iki şəhəri - Bakı və Sumqayıtı əhatə edəcək. Gələcəkdə ölkə regionlarında da vaksinləmə aparılacaq.

Vaksinləmə risk qrupuna daxil olan şəxslər üçün könüllü surətdə aparılır. Əgər vaksinlərin ilk partiyası tam istifadə edilməsə, onlar ölkənin digər regionlarına paylanacaq.

Nazirlikdən həmçinin deyiblər ki, vaksinləmənin bir dozası 10 millliqram təşkil edir.

Xəbər lenti

Xəbər lenti