...

Azərbaycan 2009-cu ildə iqtisadiyyatın yüksək artımını nümayiş etdirib - AYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2010 18:44 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı 2010-cu ilin yekunları üzrə Azərbaycanda 6,5% səviyyəsində inflyasiya proqnozlaşdırır. Bunu AYİB-nin baş iqtisadçısı Anita Taçi çərçənbə axşamı "Keçid iqtisadiyyatı haqqında" məruzəsinin təqdimatında deyib.
Azərbaycan 2009-cu ildə iqtisadiyyatın yüksək artımını nümayiş etdirib - AYİB

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2010-cu ilin yekunları üzrə Azərbaycanda 6,5% səviyyəsində inflyasiya proqnozlaşdırır. Bunu AYİB-nin baş iqtisadçısı Anita Taçi çərçənbə axşamı "Keçid iqtisadiyyatı haqqında" məruzəsinin (Transition report 2010) təqdimatında deyib.

"İnflyasiyanın göstərdiyi pressinq qayıdacaq. Lakin yanacaq ehtiyatları qiymətlərinin artması fonunda ölkədə istehlak səviyyəsinin artımı inflyasiyaya təsir göstərəcək. Buna baxmayaraq, inflyasiya 2008-ci ilə nisbətən (inflyasiya 22% təşkil edib) xeyli aşağı olacaq", - Taçi deyib.

2009-cu ildə Azərbaycanda ÜDM-in artım proqnozu 9,3% olub, 2010-cu ildə 9%, 2011-ci ildə isə 8% təşkil edəcək.

"Azərbaycan 2009-cu ildə iqtisadiyyatın yüksək artımını göstərib, buna neftin qiymətlərinin artması səbəb olub. Bunun nəticəsində ölkənin ÜDM-i 9,3% artıb. 2010-cu ilə olan 9%-lik proqnoz da regionda ən yüksək proqnozdur", - Taçi deyib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti dünya bazarlarında neftin qiymətlərinin və tələbatın azalmasını nəzərə alaraq, azalmalara vaxtında və effektli reaksiya verib. Dövlət Neft Fondunun da böhran dövründəki fəaliyyəti səmərəli olub.

Avropa bankının tədqiqatlarına əsasən, Azərbaycanda iqtisadiyyatın diversifikasiyalaşmasına ehtiyac var, ölkə hökuməti də bunun fərqindədir və bazarın qeyri-neft sektorunun payının artırılması üçün lazımi tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti