...

Azərbaycan bankı "Əmrahbank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2010 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir N.İsmayılova/

Azərbaycan bankı "Əmrahbank" nizamnamə kapitalını 1,7 milyon manat artıracaq. Bunu çərşənbə günü bankın idarə heyətinin üzvü və maliyyə menecmenti departamentinin direkoru Fazil Hüseynov deyib.

"Hazırda bank ilin yekunu üzrə əldə edilən gəlirin hesabına nizamnamə kapitalını artırmağı planlaşdırır. Kapitalın digər vəsaitlərin hesabına artırılması hələlik planlaşdırılmır", - Hüseynov deyib.

Onun sözlərinə görə, 2009-cu ilin yekunu üzrə bankın gəlirləri 1,7 milyon manat, nizamnamə kapitalı isə 12,820 milyon manat təşkil edib.

1993-cü ildə yaradılan Əmrahbank Əmanətlərin Sığortalanması Fondu, Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Banklar Assosiasiyası kimi ixtisaslaşmış təşkilatların üzvüdür.

Bəhreyndə yerləşən və bankın səhmlərinin 49%-nə sahib olan Beynəlxalq İnvestisiya Bankı ilə strateji əməkdaşlığın yaradılması Əmrahbank-da korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin keyfiyyəti kimi bir çox sahələrin inkişafında əsas rol oynayıb.

Xəbər lenti

Xəbər lenti