...

Fransa şirkəti Gürcüstan dəmiryolunun infrastrukturunun müasirləşdirilməsi üzrə TİƏ hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2010 13:26 (UTC +04:00)
Fransa Dəmiryolu Milli Cəmiyyətin törəmə şirkəti (SNCF) – Siestra Gürcüstan dəmiryolu infrastukturunun müasirləşdirilməsi üzrə TİƏ-nın (texniki iqtisadi əsaslandırma) hazırlanması və layihə işlərinin yerinə yetirilməsinə dair beynəlxalq tenderin qalibi olub.
Fransa şirkəti Gürcüstan dəmiryolunun infrastrukturunun müasirləşdirilməsi üzrə TİƏ hazırlayır

Gürcüstan, Tbilisi, 28 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Fransa Dəmiryolu Milli Cəmiyyətin törəmə şirkəti (SNCF) - Siestra Gürcüstan dəmiryolu infrastukturunun müasirləşdirilməsi üzrə TİƏ-nın (texniki iqtisadi əsaslandırma) hazırlanması və layihə işlərinin yerinə yetirilməsinə dair beynəlxalq tenderin qalibi olub.

"Gürcüstan Dəmiryolu" MMC-nin Trend ın xüsusi müxbirinə bildirdiyi kimi, Siestranın qalib gəldiyi tenderdə təqribən 25 şirkət iştirak edib, şirkətlər arasında Almaniya, İspaniya, Yaponiya, Cənubi Koreya şirkətləri olub.

Siestra yük və sərnişindaşımaları, stansiya, anbar və infrastruktur, Gürcüstan dəmiryol vasitələri üzrə optimizasiya layihəsini hazırlayacaq. İstismar xərclərini və riskləri azaltmaq, qatarların hərəkət təhlükəsizliyini təkmilləşdirmək, magistralın buraxılış gücünün artırılması nəzərdə tutulur.

Üç ay ərzində şirkət Gürcüstan dəmiryolunun müasirləşdirilməsi üzrə TİƏ-ni təqdim etməlidir. Bundan sonra sifarişçinin tələbi ilə o, müasirləşdirmə layihəsi üzərində işə başlaya bilər. Buna isə doqquz ay sərf ediləcək.

Xəbər lenti

Xəbər lenti