...

Qafqaz regionu və Türkiyənin işçi qrupları İstanbulda TRACECA çərçivəsində layihələri müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2010 15:54 (UTC +04:00)
Qafqaz regionu və Türkiyənin işçı qrupları Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi çərçivəsində fevralda İstanbul şəhərində dəhlizin investisiya forumuna təqdim olunacaq layihələri müzakirə edəcəklər.
Qafqaz regionu və Türkiyənin işçi qrupları İstanbulda TRACECA çərçivəsində layihələri müzakirə edəcəklər

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir E.İsmayılov/

Qafqaz regionu və Türkiyənin işçı qrupları Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi çərçivəsində fevralda İstanbul şəhərində dəhlizin investisiya forumuna təqdim olunacaq layihələri müzakirə edəcəklər. Bu barədə cümə axşamı TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev bildirib.

"Qafqaz regionu və Türkiyənin işçi qruplarının iclası fevralın 12-də təşkil ediləcək. İclasda bu ilin sonunda təşkil ediləcək investisiya forumu üçün layihələr müzakirə ediləcək", - Mustafayev deyib.

Onun sözlərinə görə, forumun dəqiq tarixi və keçirilmə yeri hələlik müəyyən edilməyib.

Milli katib bildirib ki, həmçinin işçi qruplarının fevralın 26-28-də Sofiyada iclasının keçirilməsi gözlənilir. Nəqliyyat dəhlizi çərçivəsində tarif məsələləri bu görüşün gündəliyindədir.

TRASECA-nın iştirakçı ölkələri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə və Ukraynadır.

Xəbər lenti

Xəbər lenti