...

Azərbaycanın bank sektorunun kapitallaşması 2009-cu ildə təxminən 18 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2010 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir N.İsmayılova/

2009-cu ilin dekabr ayı ərzində Azərbaycanın bank sisteminin kapitallaşması 0,6%, il ərzində isə isə 17,6% artaraq 2004,98 milyon manat təşkil edib. Bu barədə cümə axşamı Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-nin məlumatına əsasən, 2009-cu il dekabr ayının sonuna 42 bankın kapitalı ilin əvvəlində 43 banka nisbətən 10 milyon manat artıb. Bütün bankların kapitalının məcmu həcmində bu kateqoriyadan olan bankların xüsusi çəkisi 98,6%-dən 98,7%-ə çatıb.

3 bankın kapitalı (xüsusi çəklisi 1,1%) 5-10 milyon manat arasında formalaşıb.

AMB-nin məlumatına görə, 2009-cu ilin yekunları üzrə ölkədə bir bank likvidasiya prosesini başa çatdırıb, iki bank isə hələ likvidasiya prosesindədir. 2009-cu il yanvarın 1-nə ölkədə 3 bank likvidasiya prosesində olub.

Hesabat dövründə respublika ərazisində bank fəaliyyəti göstərmək üçün lisenziyaya 46 bank malik idi. Hazırda ölkədə xarici kapitalla 23 bank fəaliyyət göstərir. Onların 7-də xarici kapitalın xüsusi çəkisi 50 faizdən 100 faizədək aralıqda formalaşıb. Bankların 14-də və xarici bankların yerli filiallarında bu göstərici 50 faizdir.

Xaricdə fəaliyyət göstərən struktur bankların sayı 9-dur. Onların 6-sı nümayəndəlik, 2-si törəmə bank, biri isə filialdır. Azərbaycanda xarici bankların dörd nümayəndəliyi fəaliyyət göstərir.

Yanvarın 28-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti