...

Azərbaycan banklarının depozit bazası artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2010 15:08 (UTC +04:00)
2009-cu ilin oktyabr ayında Azərbaycan banklarının depozit bazası həmin ilin noyabrına nisbətdə 7 faiz artıb, ötən ilin yanvarında isə 2,2 faiz azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilib.

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir N.İsmayılova/

2009-cu ilin oktyabr ayında Azərbaycan banklarının depozit bazası həmin ilin noyabrına nisbətdə 7 faiz artıb, ötən ilin yanvarında isə 2,2 faiz azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilib.

AMB-nin məlumatına əsasən, 2009-cu ilin sonunda bank depozitlərinin, hüquqi və fiziki şəxslərin əmanətlərinin ümumi həcmi dekabrın birinə olan 4308,2 milyon manata nisbətdə 4654,2 milyon manat təşkil edib. 2009-cu il yanvarın birində bu göstərici 4760,7 milyon manat təşkil edib. İlin sonunda ümumi məbləğin 1915,8 milyon manatı manat vəsaitlərinin payına, 2738,4 milyon manatı isə valyutanın payına düşüb.

Dekabr ərzində fiziki şəxslərin əmanətləri 3,7 faiz, hüquqi şəxslərin əmanətlərinin ümumi həcmi isə 12,8 faiz artıb. 2009-cu il ərzində fərdi müştərilərin depozitləri 22,5 faiz, korporativ müştərilərin depozitləri isə 18,8 faiz azalıb.

2009-cu ilin sonunda fiziki şəxslərin əmanətlərinin həcmi 2334,8 milyon manat təşkil edib, dekabrın birində bu göstərici 2251,7 milyon manat, 2009-cu il yanvarın birində isə 1905,2 milyon manat təşkil edib.

2009-cu ilin sonunda hüquqi şəxslərin əmanətlərinin həcmi 2319,3 milyon manat təşkil edib, dekabrın 1-də bu göstərici 2056,5 milyon manat, 2009-cu il yanvarın 1-də isə 2855,5 milyon manat təşkil edib.

Yanvarın 29-na olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti