...

Yeni məhsulların tətbiqi Azərbaycan bankının 2009-cu ildə gəlirinin azalmasına səbəb olmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2010 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir İ.Xəlilova/

"AtaBank" ASC-nin 2009-cu ilin yekunu üzrə aktivləri 2008-ci ildəki analoji göstəricini 46,5 milyon manat və ya 30,4 faiz ötərək 199,3 milyon manat təşkil edib. Bu barədə cümə günü bankın İdarə Heyətinin sədr müavini Tahir Xələfov bildirib.

Kredit portfeli 28,7 milyon manat və ya 29 faiz artaraq 127,4 milyon manat təşkil edib. 2009-cu ilin yekununa əsasən, bankın depozit portfeli 53,8 milyon manat və ya 64,5 faiz artaraq, 137,2 milyon manata çatıb.

AtaBankın xalis gəliri 4 milyon manat təşkil edib. Birgə kapital 5,7 milyon manat və ya 29 faiz artaraq 25,1 milyon manat təşkil edib.

"AtaBank bütün dünya iqtisadiyyatı üçün böhran ili olan 2009-cu ili uğurla başa vurub. Bunu isə respublikanın digər kommersiya bankları ilə müqayisədə maliyyə ili ərzində bizim gəlirimizin həcminin kifayət qədər yaxşı səviyyədə saxlanması bir daha sübut edir. Bizim ROA və ROE üzrə göstəricilərimiz ölkədə ən yaxşı göstəricilərdir", - Xələfov deyib.

Kapital (ROE) və aktivlər (ROA) üzrə gəlirliliyi müəyyənləşdirən göstəricilər uyğun olaraq 2,27 faiz və 26,75 faiz təşkil edib.

"Böhran dövründə banklar dövriyyə vəsaitlərini iqtisadiyyatın daha etibarlı sektorlarına yatırmağa çalışırlar. Yaranmış vəziyyətin müsbət tərəflərindən istifadə edərək biz xidmət keyfiyyətinin artırılmasına çalışdıq ki, bu zaman da yeni məhsulların tətbiqini həyata keçirmişik", - bankın İdarə Heyətinin sədr müavini bildirib.

Ötən ildə bank bir neçə yeni elektron xidmət növləri tətbiq edib. Onlara SMS-info-card, Mobile-banking və s. daxildir. İlk dəfə olaraq MDB ölkələri arasında AtaBank bazara Visa Electron Vertical vertikal kartını buraxıb.

Yanvarın 29-na olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti