...

Qazaxıstan və Çin Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin həyata keçirilməsində maraqlıdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2010 16:36 (UTC +04:00)
Qazaxıstan və Çin Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin həyata keçirilməsinə böyük maraq göstərir. Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tbilisidə jurnalistlərə bildirib.
Qazaxıstan və Çin Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin həyata keçirilməsində maraqlıdır - nazir

Gürcüstan, Tbilisi, 29 yanvar / Trend , müxbir N.Kirsxaliya/

QazaxıstanÇin Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin həyata keçirilməsinə böyük maraq göstərir. Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tbilisidə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dəmiryolunun istismara verilməsindən sonra Qazaxıstan bu marşrut vasitəsilə ildə 10 milyon ton yük daşımağa hazırdır.

"Bu maraq bizə bu nəqliyyat infrastruktunun inkişafını proqnozlaşdırmağa imkan verir. AvropaAsiyanı birləşdirən bu dəmiryolunun böyük perspektivləri var", - deyə nazir qeyd edib.

Məmmədov vurğulayıb ki, bu layihənin həyata keçirilməsi region çərçivəsindən çıxır, iqtisadi gəlir gətirir, yeni iş yerləri ilə təmin edir.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km Türkiyə ərazisindən, 29 km Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryol magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda yükötürmə qabiliyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin Axalkalakidə Gürcüstanda olan dəmiryoldan qatarların Avropaya keçməsi üçün məntəqə inşa edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti