Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "BE & G" sığorta şirkətinin ümumi məbləği bir milyon manat olan adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Dövlət komitəsindən verilən məlumatda deyilir.
QKDK hər birinin nominal dəyəri 5 min manat olan 200 ədəd adi adlı səhmləri qeydə alıb.
Emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 1 milyon manatdan 2 milyon manatadək artırılıb.
BE&G sığorta şirkəti Azərbaycan bazarında 1998-ci ildən bəri fəaliyyət göstərir. 2001-ci ildə səhmdarların qərarı ilə şirkətin baş ofisi Naxçıvandan Bakıya köçürülüb. Şirkət 3 icbari, 10 könüllü sığorta növü üzrə fəaliyyət göstərir. 2009-cu ilin fəaliyyət yekunları üzrə şirkətin haqları 0,5 milyon manatlıq ödəmələrlə 0,95 milyon manat təşkil edib.
Fevralın 8-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.