...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2010 15:27 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80338 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 1 mart / Trend , müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80338 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 25-də bir ABŞ dolları üçün 0,8035 manat, minimum isə fevralın 22-23 də bir ABŞ dollarına 0,8033 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

15 fevral

0,8033

22 fevral

0,8033

16 fevral

0,8033

23 fevral

0,8033

17 fevral

0,8032

24 fevral

0,8034

18 fevral

0,8034

25 fevral

0,8035

19 fevral

0,8034

26 fevral

0,8034

Həftə ərzində orta

0,80332

Həftə ərzində orta

0,80338

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0011 bənd (0,11 faiz) möhkəmlənib. Orta məzənnə bir ABŞ dollarına 0,80324 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 22-də 0,8034 AZN/USD məzənnə ilə $0,169 milyon, fevralın 23-də 0,8034 AZN/USD məzənnə ilə $2,731 milyon, fevralın 24-də 0,8035 AZN/USD məzənnə 3,774 milyon, fevralın 25-də 0,8035 AZN/USD məzənnə ilə $0,036 milyon və fevralın 26-da 0,8024 AZN/USD məzənnə ilə $20,06 milyon.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi:

15 fevral

0,8034

22 fevral

0,8034

16 fevral

0,8034

23 fevral

0,8034

17 fevral

0,8033

24 fevral

0,8035

18 fevral

0,8035

25 fevral

0,8035

19 fevral

0,8035

26 fevral

0,8024

Həftə ərzində orta

0,80342

Həftə ərzində orta

0,80324

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti artıb və ötən həftədə səkkiz doqquz manata nisbətdə alış doqquz manat, satış on manat təşkil edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb.Bu qərar bu gün çeklərin 80 faizinin dövriyyədən çıxarılması ilə verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti