...

Bank Standart "Lider" təcili pul köçürmələri sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2010 16:01 (UTC +04:00)
Bank Standart martın birindən etibarən "Lider" təcili pul köçürmələri sisteminə qoşulub. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.
Bank Standart "Lider" təcili pul köçürmələri sisteminə qoşulub

Azərbaycan, Bakı, 1 mart / Trend /

Bank Standart martın birindən etibarən "Lider" təcili pul köçürmələri sisteminə qoşulub. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Yeni sistem MDB və Baltik ölkələrində, həmçinin dünyanın digər ölkələri sırasında, o cümlədən ABŞ-da, Böyük Britaniyada, İsveçrə, Portuqaliya, Türkiyə, İsrail və Çində fəaliyyət göstərir. Köçürmə dollar, avro və rus rublu ilə həyata keçirilir. "Lider" sisteminin üstünlükləri arasında sürət və böyük coğrafi əhatə, təhlükəlsiz köçürməni təmin etmək, həmçinin rəqabətli komission səviyyəsi var. "Lider" sistemi bankın bütün nöqtələrində xidmət göstərir.

BankStandartın əməkdaşlığı nəticəsində təcili pul köçürmələrinin ümumi sayı doqquza çatıb. "Lider"lə yanaşı, bank Western Union, "Təcili poçt", Contact, Migom, Xpress Money, Faster, "Qızıl Korona" və Privat Money sistemləri üzrə xidmətlər təqdim edir.

Xəbər lenti

Xəbər lenti