...

2010-cu ildə Azərbaycanın sığorta bazarı artacaq - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2010 17:52 (UTC +04:00)
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti 2010-cu ildə ölkədə sığorta yığımının həcminin artacağını proqnozlaşdırır. Bu barədə bazar ertəsi Dövlət Sığorta Nəzarəti Xidməti rəhbərinin müavini Müşfiq İsrafilov məlumat verib.

Azərbaycan, Bakı, 1 mart / Trend , Ü.İsmayılova/

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti 2010-cu ildə ölkədə sığorta yığımının həcminin artacağını proqnozlaşdırır. Bu barədə bazar ertəsi Dövlət Sığorta Nəzarəti Xidməti rəhbərinin müavini Müşfiq İsrafilov məlumat verib.

"2010-cu ildə sığorta bazarında iqtisadiyyatın ümumi inkişaf tendensiyasına bərabər artım müşahidə ediləcək", - İsrafilov hesab edir.

Onun fikrincə, 2009-cu ildə Azərbaycan sığortaçılarının tədiyələrinin ümumi həcmi 15-16 milyon manat azalsa da 2010-cu ildə belə azalma olmayacaq.

İsrafilovun sözlərinə görə, Azərbaycanın sığorta bazarında artım tempinin azalmasının səbəbi dünya maliyyə böhranının nəticələrinin təsiri, bank kreditləşməsinin həcminin azalması və digər amillərdir.

Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. 2009-cu ilin yekunları üzrə şirkətlərin tədiyələrinin ümumi həcmi 163,31 milyon manat, ödənişləri 53,07 milyon manat təşkil edir. 2008-ci ildəki fəaliyyətin yekunlarına görə, şirkətlər 179,26 milyon manat məbləğində tədiyə yığıblar, ödənişləri 49,81 milyon manat təşkil edib. Beləliklə, il ərzində şirkətin tədiyələri 8,9 fazi azalıb, ödənişlər 6,5 faiz artıb.

Martın biri üçün rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti