...

BDO auditor şirkətinin Potidə regional ofisi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2010 20:42 (UTC +04:00)
Potidə BDO beynəlxalq auditor şirkətinin ofisi açılıb. Bu regional ofis yerli peşəkar kadrları cəmləşdirəcək. Bu barədə Şirkətdən Trend Capital-a deyilib.
BDO auditor şirkətinin Potidə regional ofisi açılıb

Gürcüstan, Tbilisi, 01 mart / Trend , müxbir N.Kirsxaliya/

Potidə BDO beynəlxalq auditor şirkətinin ofisi açılıb.

Bu regional ofis yerli peşəkar kadrları cəmləşdirəcək. Bu barədə Şirkətdən Trend -a deyilib.

İlkin olaraq filial müştərilərə mühasibat xidmətləri və vergi məsləhətləri təklif edəcək. Lakin gələcəkdə isə yerli şirkətlər BDO-nun tam xidmətlərindən yararlanacaq.

BDO-nun Baş ofisinin dəstəyi və qlobal resurslarından istifadə sayəsində Poti filialı keyfiyyətli xidmət göstərəcək.

BDO şirkəti 1999-cu ildə yaradılıb, Gürcüstanın ən iri beynəlxalq auditor şirkətlərindən üçüncüsüdür və artıq on ildir ki, Gürcüstan bazarında uğurla fəaliyyət götərir.

BDO-nun qlobal şəbəkəsi dünyanın 110 ölkəsində 1138 ofis və 4600 peşəkarı birləşdirir.

Xəbər lenti

Xəbər lenti