...

Gürcüstan Baş naziri birinci rübdə iqtisadiyyatda artım gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2010 11:18 (UTC +04:00)
Gürcüstanda yanvar ayında 75 faizlik artım qeydə alınıb. Bu barədə çərşənbə axşamı Gürcüstanın Baş naziri Nika Qilauri hökumətin iclasında bildirib.
Gürcüstan Baş naziri birinci rübdə iqtisadiyyatda artım gözləyir

Gürcüstan, Tbilisi, 3 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda yanvar ayında 75 faizlik artım qeydə alınıb. Bu barədə çərşənbə axşamı Gürcüstanın Baş naziri Nika Qilauri hökumətin iclasında bildirib.

"Bu rəqəm hər hansı bir məhsulun deyil, ixracın ümumi artımını əks etdirir və bu çox böyük rəqəmdir", - o bildirib.

Nazir həmçinin bildirib ki, daşınmalar ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında 10 faz artıb.

"Bu, iqtisadiyatın yalnız Gürcüstanda deyil, bütün regionda fəal artımının müşahidə olunduğunu göstərir", - Qilauri bildirib.

Baş nazir həmçinin qeyd edib ki, fevralda daşınmaz əmlak bazarında (11 faiz), avtomobil bazarında (11,7) və ipoteka bazarında fəal artım qeydə alınıb.

"Əminliklə bəyan etmək olar ki, iqtisadiyyatın tənəzzülü başa çatıb və bu ilin birinci rübündə iqtisadiyyatın ciddi artımını gözləyirik", - o bildirib.

Qilauri həmçinin bildirib ki, vergi gəlirləri 9 faiz artıb, əlavə dəyər vergisi üzrə yığımlar 135 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti