...

2010-cu ildə Azərbaycanda qeyri-neft ÜDM artımı 4,2 faiz təşkil edəcək - BVF (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2010 14:13 (UTC +04:00)
2010-cu ildə Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft ÜDM-in 4,2 faiz artım tempinədək bərpasını gözləyir. Bu barədə "BVF-in yaradılması haqqında" sazişin IV bəndi üzrə məsləhətləşmələrin keçirilməsi üçün Bakıya gələn BVF-in Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Omes bildirib.
2010-cu ildə Azərbaycanda qeyri-neft ÜDM artımı 4,2 faiz təşkil edəcək - BVF (FOTO)

Azərbaycan, Bakı, 3 mart / Trend , N.İsmayılova/

2010-cu ildə Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft ÜDM-in 4,2 faiz artım tempinədək bərpasını gözləyir. Bu barədə "BVF-in yaradılması haqqında" sazişin IV bəndi üzrə məsləhətləşmələrin keçirilməsi üçün Bakıya gələn BVF-in Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Omes bildirib.

"BVF-in proqnozlarına görə, neft hasilatının həcmi yalnız 1,3 faiz artacaq, müvafiq olaraq ümumi ÜDM artımı 2,7 faiz təşkil edəcək", - Omes vurğulayıb.

Onun sözlərinə görə, 2009-cu ildə ölkənin qeyri-neft sektorunda artım tempi 16 faizdən 3 faizədək azalıb.

"2010-cu ildə ölkədə infilyasiya dörd faiz səviyyəsində proqnozlaşdırılır", - o bildirib.

Onun sözlərinə görə, əgər biznes nümayəndələrinin pessimist əhval-ruhiyyəsi davam edərsə və ya xarici tələbatın bərpası yalnız mülayim xarakter daşıyarsa, artım tempi proqnozlaşdırılan səviyyədən aşağı ola bilər.

Onun fikrincə, Azərbaycan iqtisadiyyatı 2009-cu ildə dünya maliyyə böhranının nəticələrini pis keçirməyib, lakin böhranın təsirindən tam qaçmaq mümkün olmayıb.

"Azərbaycan hökuməti böhrana uğurla reaksiya verib. O, gəlirlərin azalması ilə əlaqədar qeyri-prioritet xərcləri azaldıb, yalnız cari investisiya layihələrini maliyyələşdirib", - Omes bildirib.

Xəbər lenti

Xəbər lenti