...

BVF Azərbaycanın bank sisteminin konsolidasiyası üzrə planları alqışlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2010 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankının (AMB) bank sisteminin konsolidasiyası və banklar arasında rəqabətin artırılması üzrə planlarını alqışlayır. Bu barədə çərşənbə günü "BVF-in yaradılması haqqında" sazişin IV bəndi üzrə məsləhətləşmələrin keçirilməsi üçün Bakıya gələn BVF-in Azərbaycan üzrə missiyasının rəhbəri xanım Ninke Omes bildirib.

"Konsolidasiya məsələsi ilə bağlı yekun qərar hələlik qəbul olunmayıb. Hazırda ölkədə 46 bank fəaliyyət göstərir ki, bu da bizim fikrimizcə, Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər böyük rəqəmdir", - Omes deyib.

Onun sözlərinə görə, BVF bankların sayının azaldılmasını dəstəkləyir. Bu, onların arasında rəqabəti artıracaq, AMB-nin həyata keçirdiyi monitorinqləri sadələşdirəcək, kifayət qədər yüksək səviyyədə olan faiz dərəcələrinin azaldılmasına yardım göstərəcək.

Bu yaxınlarda inflyasiyanın artım tempinin azalmasını nəzərə alaraq, bu tədbirlər faiz dərəcələrinin, həmçinin kreditlər və depozitlər üzrə faiz dərəcələri arasında dəhlizin azaldılmasına yardım göstərəcək.

Missiya rəhbəri hesab edir ki, prudensial tələblərin gücləndirilməsi ölkədə sağlam bank sisteminin yaradılmasına yardım göstərəcək və belə təcrübə bütün dünyada müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti